AZ

İşıqforun iki işığı eyni anda yandı: Masazır kəndində xaos

Abşeron rayonunun Masazır kəndində yolayrıcında quraşdırılmış işıqforun nasaz vəziyyətdə olması sürücüləri çətin vəziyyətə salıb.

"Cebheinfo.az" Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü paylaşılıb.

Bildirilib ki, işıqforun qırmızı və yaşıl işıqlarının eyni anda yanması hərəkət iştirakçıları arasında çaşqınlıq yaradıb və təhlükəli vəziyyətə səbəb olub.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, problem artıq aradan qaldırılıb.

Qeyd olunub ki, Abşeron rayonu, Masazır kəndi, Qurtuluş 93 yaşayış məntəqəsi ərazisində, İstiqlaliyyət küçəsində yerləşən işıqfor obyektində yaranan nasazlıq tərəflərindən araşdırılıb.

"Son günlər müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar işıqforun işində texniki problemlər yaranıb. Nasazlıq əraziyə cəlb olunan "Siqnal" idarəsinin əməkdaşları tərəfindən operativ şəkildə aradan qaldırılıb, işıqfora texniki baxış keçirilib və zəruri tədbirlər görülüb. Hazırda sözügedən işıqfor tam işlək vəziyyətdədir və yol hərəkəti iştirakçılarının istifadəsinə verilib", - deyə məlumatda bildirilir.

"Cebheinfo.az"

Seçilən
34
cebheinfo.az

1Mənbələr