2025-ci ildə ölkə ərazisində 483 uşaq ölü doğulub.
Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2024-cü ildə bu rəqəm 561 olub.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən "Cebheinfo.az"-ın əməkdaşı 1 yaşa qədər uşaqların müxtəlif illərdə ölüm sayı və onun səbəblərini araşdırıb.
Əsas səbəblər üzrə 1 yaşadək ölən uşaqların sayı əgər 1970-ci ildə 5 221 nəfər olubsa, 2024-cü ildə bu rəqəm 1 420 nəfər təşkil edib.
Ən yüksək ölüm halı isə 1986-cı ildə qeydə alıb. Belə ki, 1 yaşadək ölən uşaqların sayı bu dövrdə 5 589 nəfər olub.
Ölümün əsas səbəblərinə gəldikdə, bu illərə görə dəyişir. Belə ki, 1990-cı ildə ən çox tənəffüs sistemi xəstəlikləri üstünlük təşkil edib.
Yəni məhz bu xəstəliklə bağlı həmin ildə 1 yaşadək ölən uşaqların sayı 2010 nəfər təşkil edirdisə, 2024-cü ildə bu rəqəm 178 nəfər olub.
Perinatal dövrdə meydan çıxan bəzi hallardan isə əgər 1990-cı ildə 643 uşaq vəfat edibsə, 2024-cü ildə bu rəqəm artaraq 735 nəfər təşkil edib.