AZ

Bu il türk dövlətlərinin ortaq pulu yaradılmalıdır TƏKLİF

Modern.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

2026-cı ildə Türk dövlətlərinin ortaq pulu yaradılmalıdır.

Modern.az xəbər verir ki, bu sözləri Jurnalist, Beynəlxalq Mətbuat Konfederasiyasının sədri və Türk Dünyası Media və Kommunikasiya Birliyinin (TÜRKBİR) qurucusu Şakir Gürel, "MediaTürk TV"də yayımlanan “Net Baxış 360 Dərəcə” proqramında aparıcı Serdar Şengülün suallarını cavablandırıb.

 

Ş. Gürel çıxışında 2026-cı ilin Türk dünyası üçün mühüm dönüş nöqtəsi olmalı olduğunu bildirib. Onun sözlərinə görə, Türk dövlətləri iqtisadi baxımdan birləşməli və ortaq pul vahidi dərhal dövriyyəyə buraxılmalıdır. Gürel, bu il ərzində yeni ortaq Türk pulunun basılmasına başlanmasının vacibliyini vurğulayıb.Ortaq pul vahidinin Türk dövlətlərini qlobal iqtisadi arenada daha güclü mövqeyə gətirəcəyini deyən Gürel, beynəlxalq nümunələrə də toxunub. ABŞ-ın tək pul vahidi ilə birləşdiyini, Avropanın avro ilə iqtisadi birlik yaratdığını xatırladan Gürel, Birləşmiş Krallıq ölkələrində də pul birliyinin mövcud olduğunu qeyd edib.

“Ümid edirəm ki, bu il ərzində ortaq Türk pulunun basılmasına başlanacaq və bu addım Türk dünyasının iqtisadi gücünü ciddi şəkildə artıracaq”, – deyə Şakir Gürel bildirib.Serdar Şengül

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
79
1
modern.az

10Mənbələr