Dogru.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Beynəlxalq “ALAŞ” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib.
Doğru.az xəbər verir ki, Ə.Qoşalı paylaşımında Cəbrayıl elində – Horovlu kəndində qurtuluşdan sonra ilk toyun keçirildiyini bildirib. O vurğulayıb ki, dostu Seymurun qızı Aytacın toy mərasimi Horovluda baş tutur və bu, işğaldan azad edilmiş kənddə çalınan ilk toy sədalarıdır.
Əkbər Qoşalı vurğulayıb ki, işğal dövründə Horovluda, eləcə də digər yurd yerlərimizdə toy-düyün, bayram-seyran arzusu daim ümid və inam mənbəyi olub. Onun sözlərinə görə, bu gün həmin arzu gerçəyə çevrilib.
Paylaşımda Azərbaycanın əldə etdiyi qələbəyə görə şəhidlərə, qazilərə, ordumuza və dövlətə təşəkkür ifadə olunub:
“Bu günə şükür, bu günün yaradıcılarına şükür, qəhrəman qazimizə, şanlı ordumuza, müzəffər komandanımıza, uca bayrağımıza, güclü dövlətimizə şükür! Şəhidlər ölmədi, Vətən bölünmədi!”
Horovlu kəndində keçirilən bu toy bölgənin dirçəlişinin və normal həyata dönüşün rəmzidir.
DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.