AZ

Adnan Əhmədzadənin həbsdə ilk doğum günü -Haradan-haraya...

Beş ay əvvəl həbs xəbəri ilə ölkə gündəmini dəyişən məşhur iş adamı Adnan Əhmədzadə üçün xüsusi gündür.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu gün dustaq iş adamı 48 yaşını tamamlayır.

Ənənəvi dəbdəbəli ad günlərinin əksinə olaraq, Əhmədzadə yeni yaşını Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) səssiz təcridxanasında qarşılayır. Alışdığı təmtəraqdan fərqli olaraq bu dəfə stolunun üstündə çoxmərtəbəli tortlar və şampanlar yox, yalnız çox vərəqli istintaq materialları var.

Bir vaxtlar Messi, Ronaldinyo, İnyesta, Suares kimi dünya ulduzlarının təbrik etdiyi bir insanın bu gün dörd divar arasında özü-özünü təbrik etməsi həyatın ən böyük sürprizidir. O günlərdən qalan isə yalnız xatirələr və bir də yəqin ki, Messinin bağışladığı saatdır.

Adnan Əhmədzadənin gələcək ad günlərini harada keçirəcəyi məlum deyil, amma ittiham olunduğu maddələrin sanksiyasında 10 ildən çox həbs cəzası nəzərdə tutulduğu dəqiqdir.

Qeyd edək ki, iqtisadi təhlükəsizliyə qarşı təxribat, xüsusilə külli miqdarda mənimsəmə kimi xüsusilə ağır cinayət əməllərində təqsirləndirilən iş adamının həbs müddəti 10 gün əvvəl daha bir neçə ay uzadılıb.

Bu məqamda dünya ulduzlarının çox yox, ötənilki ad günündə Adnan Əhmədzadəni təbrik etdikləri videonu yenidən təqdim edirik:

Seçilən
55
10
redaktor.az

10Mənbələr