ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Bir neçə gün öncə Suriya Ərəb Ordusunun əsgəri öldürülən kürd qadının saç hörüyünü kəsərək nümayiş etdirib.
“Qafqazinfo” xəbər verir ki, bu hadisə kürd qadınlar arasında etirazla qarşılanıb, narazılıqlar qısa zaman ərzində sosial şəbəkələrdə sürətlə yayılıb.
Belə ki, Türkiyədə, İraqda, həmçinin qərb ölkələrində yaşayan kürd qadınlar saçlarını hörərək trend yaradıb, bununla da etiraz kampaniyasına başlayıblar. Yüzlərlə qadın sosial mediada saçlarını hördükləri video və fotoları paylaşıblar. Onlar bu kampaniyanı eyni zamanda Suriyadakı Əl-Şaraa hökumətinin kürdlərə, xüsusilə də kürd qadın döyüşçülərə qarşı keçirdiyi hərbi əməliyyatlara cavab kimi etdiklərini qeyd ediblər.
Sözügedən videoya Türkiyənin Xalq Bərabərliyi və Demokratiya Partiyasından (DEM) olan qadın millət vəkillərindən də böyük dəstək gəlib. Belə ki, DEM Partiyasının sözçüsü Ayşegül Doğan Türkiyə Böyük Millət Məclisində saçlarını hörərək video çəkib.
Həmin videolar isə “saçlarımızın hər telləri müqavimətimizi gücləndirir” başlığı ilə paylaşılıb.
Etiraza siyasətçilərlə yanaşı, türkiyəli sənətçilər də qoşulub. Onlardan biri də aktrisa Belçin Bilgin olub. Onun bu paylaşımının isə türkiyəli aktrisa Sinem Kobal tərəfindən bəyənildiyinə dair fotolar yayılıb.
Bu müzakirələrdən sonra S.Kobal Türkiyə bayrağını paylaşaraq bu sözləri yazıb: “Həmin videonu bəyənmək kimi bir hal yoxdur. Nə mutlu Türkəm deyənə”.


Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.