AZ

“Barselona“nın Niko Şlotterbekin transferi ilə bağlı yekun QƏRARI MƏLUM OLDU

ain.az bildirir, Moderator.az portalına istinadən.

"Barselona" klubunun rəhbərliyi Dortmund "Borussiya"sının mərkəz müdafiəçisi Niko Şlotterbekin transferini gündəliyindən çıxarıb.

Moderator.az xəbər verir ki, məlumatı sport.es saytı yayıb.

Mənbənin məlumatına görə, Kataloniya klubu alman oyunçunun bir çox faydalı keyfiyyətlərə malik olduğunu etiraf edir, lakin onun göy-qırmızıların baş məşqçisi Hans Flikin üslubuna uyğunlaşmaq üçün sürəti çatmır. "Barselona" 26 yaşlı müdafiəçi ilə müqavilə imzalamaq üçün digər klublarla mübarizə aparmayacaq.

Qeyd edək ki, N.Şlotterbek bu mövsüm 22 matçın hamısında meydana çıxıb, iki qol vurub və iki məhsuldar ötürmə edib. Oyunçunun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermarkt"ın məlumatına görə, futbolçunun bazar dəyəri 55 milyon avrodur (98 milyon AZN-dən çox).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
moderator.az

2Mənbələr