AZ

Tanınmış aktyor üçün donor tapıldı

Qaraciyər çatışmazlığından əziyyət çəkən məşhur türk aktyoru Ufuk Özkandan xəbər var. Metbuat.az xəbər verir ki, Türkiyə mediası sənətçi üçün donor tapıldığını yazıb. Yerli KİV aktyorun keçmiş iş yoldaşı Salih Kıvırcıkın donor olmağa razılıq verdiyini bildirib. Keçirilən müayinələrdən sonra qaraciyər transplantasiyası üçün hər hansı mane olmadığı müəyyənləşib. Ufuk Özkanın qardaşı Umut Özkan önümüzdəki günlərdə əməliyyatın baş tutacağını bildirib.

Bu xəbər Türkiyənin sənət dünyasında sevinclə qarşılanıb.

Seçilən
29
metbuat.az

1Mənbələr