Xəbər verdiyimiz kimi, Qusarda dəm qazından ölüm hadisəsi qeydə alınıb. Hadisə rayonun İmamqulukənd kəndində baş verib. Kənd sakini, 22 yaşlı Fəzail Fariz oğlu Əbiyev yaşadığı evin hamamında dəm qazından zəhərlənərək həyatını itirib.
Onun nəşi bu gün İmamqulukənd kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, mərhum Fəzail şəhid əmisi Fəzail Əbiyevin adını daşıyırdı. Onun əmisi - 1974-cü il təvəllüdlü Fəzail Andrey oğlu Əbiyev 13 yanvar 1994-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub.
Daha ətraflı Bizim.Media-nın hazırladığı videoreportajda:
Aytəkin Alxaslı, Pərviz Allahverdiyev, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta