AZ

Azərbaycanda məmuru hədələy şəxs HƏBS OLUNDU

Ajans.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, qarşı tərəfi bu görüntülərlə şantaj edərək külli miqdarda pul ələ keçirən təqsirləndirilən şəxs 13 il müddətinə azadlıqdan məhrum edilib. Məlum olub ki, Elvin tanışlarının vasitəsilə vəzifəli şəxsin evinin açarını qanunsuz olaraq ələ keçirib və mənzilə gizli kamera quraşdırmağa nail olub. O, bundan sonra həmin şəxsdən 5 milyon dollar pul tələb edib. Zərərçəkmiş şəxs isə görüntülərin yayılmasından ehtiyat edərək onu şantaj edənlərə 840 min ABŞ dolları ödəyib.

Prosesin davamında isə zərərçəkmiş şəxs hüquq-mühafizə orqanlarına baş verənlərlə bağlı şikayət ərizəsi ilə müraciət edib. Nəticədə qanunsuz əməllərlə məşğul olan Elvin Əhmədov cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmə qarşısına çıxarılıb./teleqraf

Seçilən
18
20
Ajans.az

10Mənbələr