AZ

Fəzail Ağamalı məhkəməyə verildi

Ana Vətən Partiyasının (AVP) sıralarından xaric edilən bir qrup rayon təşkilatlarının sədrləri sədr Fəzail Ağamalını məhkəməyə veriblər.

Publika.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Fəzail Ağamalının oğlu Elçin Ağamalı deyib.

O bildirib ki, ötən il partiyanın qalmaqallı qurultayından sonra Ədliyyə Nazirliyinə müraciət etsələr də, qurum məsələni mübahisəli hesab edib və müsbət cavab verməyib:

"Rayon təşkilatlarının sədrləri Nərimanov Rayon Məhkəməsinə partiyadan qanunsuz çıxarılmaları, eyni zamanda, qurultayla bağlı məhkəməyə müraciət ediblər. Ötən il qurultaydan sonra mənim namizədliyimi dəstəkləyən rayon (şəhər) təşkilatlarının sədrlərinə qarşı təqib prosesi başlayıb və onlar əsassız iddialarla və bir çox hallarda isə heç bir səbəb göstərilmədən partiya sıralarından və vəzifələrindən xaric olunublar. Bu isə partiyanın mövcud yerli təşkilatlarının dörddəüçü deməkdir. Qərarlar qeyri-legitim partiya strukturlarının adından verilib və öz ardından daha çox sayda qanunsuz qərarların qəbul olunması ilə nəticələnib".

Seçilən
111
9
publika.az

2Mənbələr