AZ

Təranə Qumralın qızına sərt sözlər: “Cütləşmək heyvanlara məxsusdur, bizə aidiyyəti yoxdur!”

“Niyaməddin Musayevin “Dünya sənin, dünya mənim” mahnısının başına nə oyunlar gətirirlər. Müğənnilər mahnının sözlərini düzgün oxumurlar”.

Musavat.com xəbər verir ki, bu fikirləri qiraətçi Pünhan İsmayıl “Tarixin bir günü” verilişində səsləndirib. Qiraətçi sözügedən mahnıda sözlərin yanlış tələffüz olunmasına sərt reaksiya verib.
Onun sözlərinə görə, mahnının mətnində kobud səhvə yol verilir:
“Mahnıda "cütləşmək" deyirlər. Cütləşmək heyvanlara aiddir, heyvanlar cütləşir, bunun bizə aidiyyəti yoxdur. Məmməd Araz elə söz yazmayıb. Orada "cütlənmək" sözüdür: "Bir taleyin oyununda cütlənmiş zərik". Yaxşı olardı ki, müğənnilər mahnı oxumazdan əvvəl yazarla, şairlə və yaxud onların varisləri ilə məsləhətləşsinlər”.
Xatırladaq ki, bir neçə gün öncə “Dünya sənin, dünya mənim” mahnısı ətrafında qalmaqal yaşanıb. Belə ki, müğənni Təranə Qumralın qızı Qumral bu mahnını ifa etdikdən sonra Xalq artisti Niyaməddin Musayevin qızı Röya həmin ifanı “YouTube” platformasından sildirib.
Röya varis kimi bu addımı atmaq məcburiyyətində qaldığını bildirib:
“Qumralın çıxışına baxdım və atama dedim ki, icazə verməyəcəyəm. Mahnıda "cütlənmiş" əvəzinə "cütləşmiş" dediyi üçün bunu etmişəm. O xanım ümumiyyətlə bu mahnıya görə icazə almayıb. Müəllif hüquqları qorunur və icazə alınmalıdır”.
Seçilən
10
1
yenilik.az

2Mənbələr