AZ

Direktor və direktor müavinləri üçün ixtisas istiqamətləri üzrə test imtahanı keçirilib



Cari ildə keçiriləcək direktorların işə qəbulu üzrə müsabiqəyə müraciət etmiş, ali təhsili və pedaqoji stajı tələblərə uyğun olan, lakin əvvəlki qiymətləndirmə nəticələri olmayan və ya tələblərdən aşağı olan direktor və direktor müavinləri üçün ixtisas istiqamətləri üzrə imtahan keçirilib.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, namizədlər 120 dəqiqə ərzində fənn üzrə 50, metodika və təlim strategiyaları üzrə 10 sual olmaqla, ümumilikdə 60 test tapşırığını cavablandırıblar.

Nəticələrlə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

İRADƏ

Seçilən
11
15
baki-xeber.com

10Mənbələr