AZ

Qocalmaq istəmirsizsə, bunları bilin

Kəmərləyici dəmrova qarşı peyvənd qocalmanı yavaşlada bilər, çünki o, xroniki iltihabın yaranmasının qarşısını alır.

Bizim.Media xəbər verir ki, unu Honkonq Şəhər Universitetinin professoru, virusoloq Petr Lidski "Gazeta.ru"ya açıqlamasında bildirib.
 

Alimlər göstəriblər ki, yaş artdıqca orqanizmdə xroniki iltihab güclənir və qocalma sürətlənir. Peyvənd isə bu prosesi zəiflədə bilər.


Lidski qeyd edib ki, qocalma mürəkkəb proses olduğundan, peyvəndin dəqiq nə qədər təsir göstərdiyini müəyyən etmək çətindir.

Araşdırmalara görə, qrip peyvəndi də yaşlılarda qocalmaya kiçik, ölçülə bilən təsir göstərə bilər, lakin bunun ümumiləşdirilmiş nəticəsi hələ dəqiqləşdirilməyib. (Milli.Az)

Bizim.Media

Seçilən
18
4
bizim.media

5Mənbələr