AZ

Ötən il FHN 11 müəssisənin bu fəaliyyətini məhdudlaşdırıb - AÇIQLAMA

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən 2025-ci il ərzində 11 müəssisədə ionlaşdırıcı şüalanma mənbələrinin istismarı məhdudlaşdırılıb.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, inzibati xətanın əlamətləri aşkar olunduğu üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə 107 inzibati xəta haqqında protokol tərtib edilib.

Qeyd edək ki, "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən aşağıdakı ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət növləri üçün xüsusi icazə tələb olunur və bu xüsusi icazənin verilməsi Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir:

  • ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat və təcrübi-konstruktor işləri;
  • ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılması;
  • həmin qurğular, məntəqələr və anbarlar üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanması;
  • radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, nəqli və həmin maddələrdən istifadə ilə əlaqədar işlər.
Seçilən
10
4
day.az

5Mənbələr