AZ

AQDİM-nin nümayəndə heyəti “Master. CC. Academy”də olub

Görüşdə AQDİM-in idarə heyətinin sədri Fuad Rəsul, mərkəzin icraçı direktoru Kamil Hüseynov və "Master. CC. Academy”nin rəhbəri Carullazadə Carulla iştirak ediblər. Görüş zamanı sosial məsuliyyət, inklüzivlik və həssas əhali qruplarının cəmiyyətə inteqrasiyası istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.
Görüş çərçivəsində irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin ödənişsiz peşə kurslarına cəlb edilməsi, xüsusilə aşpazlıq sənətinə yiyələnməsi, bilik və bacarıqlarının artırılması, asudə vaxtlarının səmərəli təşkili məsələləri ön plana çəkilib. Layihənin əsas məqsədi onların gələcəkdə işlə təmin olunmasına dəstək vermək və maddi rifah hallarının yaxşılaşdırılmasıdır.
Tərəflər gələcəkdə birgə sosial layihələrin icrası və əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.
#AQDİM
#MasterCCAcademy
#QanımızlaYaşadaq
#HəmrəyOlaqQanımızlaYaşadaq
 
 

Seçilən
40
25
7news.az

10Mənbələr