Neftçalada yeniyetmənin ölümü ilə nəticələnən ağır qəza baş verib.
Publika.az xəbər verir ki, hadisə Neftçala rayonunun Aşağı Surra kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, "Mersedes Sprinter" və VAZ-2106 markalı avtomobillər toqquşub. VAZ-2106-da olan Neftçala sakini, 2011-ci il təvəllüdlü Murad Sabir oğlu Ələkbərov xəstəxanaya aparılarkən yolda ölüb.
Onun 16 yaşlı qardaşı Neftçala Rayon Xəstəxanasına yerləşdirilib.