AZ

Əfqanıstanda intensiv yağıntılar nəticəsində 61 nəfər ölüb

Bakı. Trend:

Əfqanıstanda son üç gündə yağan güclü qar və yağışlarnəticəsində azı 61 nəfər həyatını itirib, 110-dan çox şəxs isəmüxtəlif dərəcəli xəsarətlər alıb.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, bunu Əfqanıstanın Milli FövqəladəHalların İdarə Olunması Qurumunun rəsmisi Yusuf Həmədaçıqlayıb.

Onun sözlərinə görə, güclü yağıntılar nəticəsində 458 ev qismənvə ya tamamilə dağılıb, yüzlərlə xırdabuynuzlu və iribuynuzluheyvan tələf olub. Həmçinin bir sıra kənd yollarının bağlandığıbildirilir.

Yusuf Həməd qeyd edib ki, yerli qurumlarla əlaqə qurulduqca itkivə dağıntılarla bağlı rəqəmlərin artacağı istisna edilmir.

Məqalədə:
Seçilən
149
1
az.trend.az

2Mənbələr