Neftçala rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1-i qadın, 2-i kişi olmaqla xəsarət alan 3 nəfər Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Redaktor.az-a Salyan Rayon Mərkəzi Xəstəxanasından verilən məlumatda bildirilib.
Qeyd edilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
“Hazırda onların müalicələri davam etdirilir, 2 nəfərin vəziyyəti stabil, 1 nəfərin vəziyyəti isə orta-ağır qiymətləndirilir”, - məlumatda vurğulanıb.
***
Neftçalada baş verən qəzada azyaşlı ölüb.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə Neftçala rayonunun Surra kəndi ərazisində qeydə alınıb.
Avtomobillərin toqquşmadı nəticəsində azyaşlı sərnişin ölüb.
Faktla bağlı araşdırma aparılır.