AZ

AzTV əməkdaşları maaşsız qalıb – ƏMƏKDAŞLAR İKİNCİ AYDIR Kİ, PUL ALA BİLMİR

Ötən ilin noyabr  ayından etibarən “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları əmək haqlarını ala bilmir.

KONKRET.az xəbər verir ki, bu barədə Gununsesi.infonun əldə etdiyi məlumatda bildirilir. Qeyd edilir ki, buna səbəb qurumun qonorar sistemindən maaş sisteminə keçməsidir.

Bu keçid isə əmək haqqı xərclərində qeyri-müəyyənlik və sistemsizlik yaradıb.

Aylıq maaşa möhtac və kredit borcu olan çoxsaylı əməkdaş isə  çıxılmaz duruma düşüb. Sədr Rövşən Məmmədova edilən müraciətlər isə cavabsız qalır” deyə AzTV əməkdaşları bildirir.

Xatırladaq ki, Hesablama Palatasının apardığı audit nəticəsində AzTV-də  çoxmilyonluq maliyyə pozuntusu aşkarlanıb.

Audit nəticəsində “AzTV”də 26 milyonluq maliyyə pozuntusu aşkarlanıb.

Məlum olub ki, “AzTV” əməkhaqqı formasında ödənilməli olan vəsaitləri qanunsuz olaraq, qonorar adı ilə rəsmiləşdirib.

Ümumilikdə, 26 milyon manat dəyərindəki maliyyə pozuntusu 2023-cü ildə 11,3 milyon manat, 2024-cü ildə 11,6 milyon manat, 2025-ci ilin birinci rübündə isə 3,1 milyon manat təşkil edib.

Nəticədə, icbari sosial ödənişlər tam verilməyib, işçilərin sosial təminat hüquqları pozulub.

Seçilən
24
3
konkret.az

4Mənbələr