Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Yanvar ayının 23-ü səhər saatlarından etibarən Naxçıvan şəhərinə yağan qar bir sıra fəsadlara yol açıb. Avtosfer.az-ın BakuTV-yə istinadən məlumatına görə, yollarda nəqliyyatın hərəkətində ciddi çətinliklər müşahidə olunub, bəzi hallarda isə avtomobillərin sürüşərək qəza törətməsi faktları qeydə alınıb.
Məsələ ilə bağlı Naxçıvan Şəhər STİ-nin rəisi Ramin Talıbov bildirib ki, axşam saatları olmasına baxmayaraq, mütəmadi olaraq iş gedir:
"Duzlanma işləri, demək olar ki, şəhərin bütün yerlərində, əsasən prospektlərdə, enişli-yoxuşlu ərazilərdə, kəsişmələrdə, o cümlədən nəinki şəhər, Əliabad, Tumbul, Qaraçuq kəndləri və o istiqamətlərdə də aparılır".
Oxunub 22
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.