AZ

Aktrisa Məsumə Babayevanın dəfn yeri və vaxtı məlum olub - YENİLƏNİB

Aktrisa Məsumə Babayevanın dəfn mərasiminin vaxtı və məkanı açıqlanıb.

"Cebheinfo.az" xəbər verir ki, mərhumun dəfn mərasimi yanvarın 25-də 12:00-da Suraxanı rayonu, Vahid Xəlilov küçəsi 23A ünvanında, Qış klubunun yaxınlığında keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayeva uzun sürən xəstəlikdən sonra vəfat edib.

Bu barədə APA-ya Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinin rəhbəri Samirə Əşrəf xəbər verib.

O bildirib ki, aktrisa bu gün axşam saatlarında uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, aktrisa 23 sentyabr 1951-ci ildə anadan olub. O, Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. 1972-ci ildə institutu bitirdikdən sonra təyinatla Gənc Tamaşaçılar Teatrına göndərilib. Aktrisa 2014-cü ildə “Fəxri Mədəniyyət İşçisi” döş nişanı, 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı və 2018-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.

Allah rəhmət eləsin.

"Cebheinfo.az"

Seçilən
43
9
cebheinfo.az

10Mənbələr