AZ

Salyanda maşın piyadanı vurub öldürdü

Salyan rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
 
Moderator.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistralının rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Belə ki, 1981-ci təvəllüdlü İsmayılov Taleh Teyyub oğlu yolu keçmək istəyən zaman avtomobil vurub.
 
Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı xəstəxanaya aparılarkən yolda ölüb.
 
Faktla bağlı araşdırma aparılır.
 
Seçilən
38
7
moderator.az

8Mənbələr