Paytaxt.org bildirir ki, Azərbaycanda fəaliyyət göstərən xarici universitetlərə tələbə qəbulu ilə məşğul olan Clarus.academy şirkətinin direktorunun saxtakarlıqları ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.
Yyayılan məlumatlara görə, Clarus.academy şirkətinin rəhbəri Elçin Kərimov saxta sənədlərlə həqiqi hərbi xidmətdən yayınmaqla məşğuldur. Belə ki, ilk dövrlərdə xəstəlik adı ilə hərbi xidmətdən yayınan Elçin Kərimov son həkim komissiyasından çıxa bilməyib və sağlam olduğu üzə çıxdıqdan sonra başqa yollara əl atıb. Məlumata görə Elçin Kərimov bir günün içində Türkiyə dövlətində heç kəsin tanımadığı universitetlərdən birinə əyani magistraturaya qəbul olunaraq hərbi xidmətdən yayınmağı bacarıb.
Maraqlı məqam isə Elçin Kərimovun təhsil aldığı müddətdə bir dəfə də olsun Türkiyəyə səfər etməməsidir. Bu isə Elçin Kərimovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir şöbəsinə təqdim etdiyi magistraturaya qəbul sənədini şübhə altına alır.
Bütün bunlar isə Elçin Kərimovla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir şöbəsinə qarşı da müəyyən şübhələr yaradır. Ya Xidmətin Kürdəmir şöbəsi Elçin Kərimovun hərbi xidmətdən yayınmasına yardım edir, ya da həmin şəxslə bağlı normal araşdırma aparılmayıb.
Qarşı tərəfi də dinləməyə hazırıq.