Türkiyəli məşhur müğənni Ebru Gündeşin 30 il əvvəl çəkilmiş görüntüsü yenidən sosial şəbəkələrdə yayılıb və geniş marağa səbəb olub.
Milli.Az xəbər verir ki, arxiv videosunda sənətçinin sevilən mahnılarından birini səsləndirməsi izləyicilərin diqqətini çəkib.
Qısa zamanda viral olan görüntünün şərh bölümünə çoxsaylı rəylər yazılıb. İzləyicilərin bir qismi Gündeşin illər əvvəlki səmimi və ifasını yüksək qiymətləndirib, bəziləri isə sənətçinin illər ərzində keçdiyi sənət yolunu və dəyişən imicini müzakirə mövzusuna çevirib.
Şərhlərdə tez-tez "illər ona yaraşıb", "səsi dəyişməz qalıb" kimi fikirlərə rast gəlinib. Bəzi istifadəçilər isə nostalji hisslər yaşadıqlarını bildirərək arxiv görüntülərinin paylaşılmasını alqışlayıblar.
Qeyd edək ki, Ebru Gündeş uzun illərdir Türkiyə musiqi səhnəsinin ən sevilən simalarından biridir.
Musa
Milli.Az