AZ

Suriya höküməti SDQ ilə atəşkəs rejimini 15 gün müddətinə uzadıb

Suriyanın Müdafiə Nazirliyi “Suriya Demokratik Qüvvələri” (SDQ) ilə atəşkəs rejiminin 15 gün müddətinə uzadıldığını elan edib.

APA xəbər verir ki, bu barədə "SANA" agentliyi məlumat yayıb.

Açıqlamada qeyd olunur ki, qərar yerli vaxtla yanvarın 24-ü saat 23:00-dan qüvvəyə minib.

Müdafiə Nazirliyi bildirib ki, atəşkəs rejiminin uzadılması ABŞ-ın İŞİD üzvü olan məhbusların SDQ-nin nəzarətindəki həbsxanalardan İraqa köçürülməsi ilə bağlı əməliyyatlarına dəstək məqsədi daşıyır.

Seçilən
22
apa.az

1Mənbələr