Hindistanın səhiyyə orqanları Kəlkətə şəhəri yaxınlığında pandemiya potensialına malik olan, hazırda peyvəndi və müalicəsi mövcud olmayan Nipah virusunun yayılması ilə mübarizə aparır.
Publika.az xəbər verir ki, bu barədə "The Metro" nəşri məlumat yayıb.
Qeyd olunubki, ölkədə beş yoluxma halı qeydə alınıb. Cari həftə ərzində virusa bir həkim, bir tibb bacısı və bir tibb müəssisəsinin əməkdaşı yoluxub.
“Hazırda komada olan tibb bacısının ağır respirator xəstəlikdən əziyyət çəkən pasiyenti müalicə edərkən yoluxduğu ehtimal edilir”, - deyə qəzet yazır.
Nəşrin məlumatına görə, hakimiyyət orqanları yoluxmuş şəxslərlə təmasda olmuş 180 nəfəri yoxlayıb, onlardan 20-si karantinə yerləşdirilib.