AZ

Riskə gedərək körpəni batan maşından belə çıxardılar

Dağıstanda maraqlı xilasetmə hadisəsi baş verib.

Publika.az yerli Teleqram kanallarına istinadən xəbər verir ki, bir qrup Dağıstan sakini kanala düşən avtomobildə ana və uşağı qeyri-adi üsulla xilas edə biliblər.

Qeyd edilir ki, nəqliyyat vasitəsinin suya necə düşməsi hələlik bəlli deyil. Lakin qəza zamanı iki nəfər içəridə olub. Hadisə yerindən çəkilmiş görüntülərdə bir neçə kişinin kanalın üzərindən keçən nazik borudan asılı halda qalaraq xilasetmə əməliyyatı keçirməsi aşkar görünür. Onlardan biri axar su ilə bərabər gedən və batmaqda olan avtomobildən bir anlıq uşağı tutub saxlaya bilir. Həm azyaşlı, həm də ana sağ-salamat xilas olub. Video sosial şəbəkələrin Rusiya seqmentində gündəm olub.

Seçilən
75
publika.az

1Mənbələr