AZ

Samuxdakı qəzada xəsarət alanların adları açıqlandı YENİLƏNİB (FOTO)

ain.az bildirir, Unikal.az portalına istinadən.

Samuxda mikroavtobusun aşması zamanı yaralananların adları açıqlanıb

“Unikal”ın məlumatına görə, Samux rayonunda mikroavtobusun aşması nəticəsində xəsarət alan digər şəxslərin adları məlum olub. Bildirilib ki, yaralananların hamısı mikroavtobusun sərnişinləridir.

Xəsarət alanlar:

1989-cu il təvəllüdlü S. Səfərova

1969-cu il təvəllüdlü A. Əhmədova

1990-cı il təvəllüdlü P. Balakişiyeva

1991-ci il təvəllüdlü R. Məmmədov

1990-cı il təvəllüdlü M. Zülfüqarov

Yaralılar Samux və Gəncə şəhərlərində yerləşən xəstəxanalara yerləşdiriliblər.

Xatırladaq ki, “Qazel” markalı mikroavtobus səhər saatlarında fəhlələri işə apararkən qəzaya düşüb. Faktla bağlı araşdırma aparılır

XXX

09:10

Samuxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın  məlumatına görə, qəza Qızılca–Samux avtomobil yolunda qeydə alınıb.

Hərəkətdə olan, fəhlə daşıyan “Qazel” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində bir nəfər həyatını itirib, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Ölən və xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
110
unikal.az

1Mənbələr