Cəlilabad rayonunda keçmiş vəzifəli şəxsin meyiti aşkar edilib.
Paralel.az xəbər verir ki, 1976-cı il təvəllüdlü Rəşad Salmanovun meyiti rayon ərazisində yerləşən ata evində tapılıb.
Məlumata görə, mərhum 3 övlad atası olub. Bildirilir ki, yaxın vaxtlarda övladlarından birinin nişan mərasimi keçirilib.
Rəşad Salmanovun dayısı, vaxtilə Cəlilabad Rayon Təhsil (Maarif) İdarəsinin müdiri vəzifəsində çalışmış Ədalət Əsgərov olub.
O isə həmin idarənin mühasibi, sonra isə rayon mədəniyyət sektorunun müdiri vəzifələrində çalışıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Ölümün səbəbləri dəqiqləşdirilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta