AZ

Peddi Pimblett döyüşdən dərhal sonra xəstəxanaya göndərilib - VİDEO

UFC prezidenti Dana Uayt bu gecə Veqasda keçirilən UFC 324 döyüşündən sonra Peddi Pimblettin dərhal xəstəxanaya göndərildiyini açıqlayıb.

İdman.Biz xəbər verir ki, Uayt Pimblettlə yanaşı rəqibi Castin Qetjinin də tibbi yoxlamalar üçün xəstəxanaya aparıldığını söyləyib.

Uayt Pimblettin bu qədər zərbə altında qalacağını gözləmədiyini, döyüşçünün çənəsinin gözləniləndən çox dözümlü olduğunu vurğulayıb və hər iki döyüşçüyə hörmətini bildirib:

“Peddinin belə bir çənəyə sahib olduğunu bilmirdim. Bu, tam bir it döyüşü idi, hər iki döyüşçünü təbrik edirəm”.

Pimblett bu görüşdə Castin Qetji ilə beş raund davam edən mübarizədə UFC-də ilk məğlubiyyətini alıb.

İdman.Biz
Seçilən
48
1
idman.biz

2Mənbələr