AZ

Sumqayıtda sürücü sükan arxasında VƏFAT ETDİ

Sumqayıtda sürücü sükan arxasında ölüb.

Bizim.Media xəbər verir ki, hadisə Bakı–Quba avtomobil yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü, 1974-cü il təvəllüdlü Hüseynov Tofiq Sabir oğlunun halı anidən pisləşib və o, maşını yol kənarına çəkib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Sükan arxasında sürücünün meyiti aşkarlanıb.

Hazırda hadisənin səbəbləri araşdırılır. (Report.az)

Bizim.Media

Seçilən
82
11
bizim.media

10Mənbələr