AZ

Qadınlarda bu narahatlıqlar infarkt əlamətləri ola bilər - Xəbərdarlıq

“Ürəkbulanma və qarın ağrısı qadınlarda infarktın başladığını göstərə bilər. Bunun səbəbi ürəkdən və həzm orqanlarından gələn sinir siqnallarının beyinə ümumi yollarla keçməsidir”.

Bu sözləri qastroenteroloq Anna Menshchikova “Gazeta.Ru”ya deyib.

O bildirib ki, bəzən beyin ürəyin həyəcan siqnalını səhvən qarın ağrısı kimi şərh edir.

“Mövcud beynəlxalq qaydalara görə, qadınlarda kişilərə nisbətən spesifik bir növ koronar arteriya xəstəliyinə – diffuz, kiçik damarlara təsir edən xəstəliyə tutulma ehtimalı daha yüksəkdir. Bu vəziyyət aydın klinik mənzərə yaratmaya bilər, lakin ürək oksigen çatışmazlığından əziyyət çəkər. Bu işemiya narahatlıq, zəiflik və mədə xəstəliklərinə bənzər simptomlarla özünü göstərir. Bundan əlavə, miokard infarktı zamanı, xüsusən də diafraqmaya bitişik ürəyin aşağı divarı təsirləndikdə, mədə-bağırsaq funksiyasının əsas tənzimləyicisi olan vagus sinirinin güclü aktivləşməsi baş verir. Bu sinirin stimullaşdırılması ürək döyüntüsünün kəskin şəkildə azalmasına, qan təzyiqinin düşməsinə və ən əsası ürəkbulanma, qusma və qarında ağırlıq hissinə səbəb olur”.

Seçilən
23
7
news365.az

8Mənbələr