AZ

ABŞ-də qar fırtınasına görə 230 mindən çox ev işıqsız qalıb

ABŞ-də qar fırtınası fonunda 230 mindən çox abunəçi işıqsız qalıb.

"Report"un"Poweroutage" saytının göstəricilərinə istinadən məlumatına görə, ümumi kəsinti sayı 230 327 olub. Ən çox elektrik kəsintisi Luiziana (66 838), Missisipi (63 559) və Texas (48 839) ştatlarında qeydə alınıb.

Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, Şərqi Texasdan Şimali Karolinaya qədər olan bölgədə güclü qar yağışı və təhlükəli buzlanma gözlənilir. Ən azı 21 ştatda fövqəladə vəziyyət elan olunub.

Seçilən
65
6
far.az

7Mənbələr