AZ

Kilsəyə gedən Paşinyan Azərbaycan mahnısı ilə qarşılandı – VİDEO

Ermənistan Baş naziri Nikol Paşinyanla bağlı yayılan görüntülər diqqət çəkib.

Turkustan.az xəbər verir ki, baş nazir yanvarın 25-də Talin şəhərindəki Müqəddəs Məryəm kilsəsinə gedərək ayinə qatılıb.

Maraqlısı odur ki, Paşinyan kilsəyə daxil olarkən vətəndaşlardan biri “Noldu Paşinyan” mahnısını yüksək səslə qoşub.

“Bu mahnı onun cəmiyyətimizin necə alçaldığını göstərir. Paşinyan son beş ildə bizi və dinimizi aşağılayıb. Katolikos yalnız 600 min nəfərlik deyil, 10 milyon insanın katolikosudur və azlıq onun taleyini müəyyən edə bilməz”, – deyə sözügedən vətəndaş “News” nəşri ilə söhbətində bildirib.


Globalinfo.az

Seçilən
28
2
turkustan.az

3Mənbələr