AZ

Əfsanədən irad: “Arsenal” özünü çox yuxarıdan aparır..."

“Mançester Yunayted”in keçmiş hücumçusu Teddi Şerinqem İngiltərə Premyer Liqasının əvvəlki turunda “Nottinqem Forest”lə 0-0 hesablı heç-heçədən sonra Londonun “Arsenal” komandasını tənqid edib.

Publika.az xəbər verir ki, Şerinqem “Arsenal”ın davranışından narazı qalıb.

“Arsenal” özünü çox yuxarıdan aparır. “Nottingem Forest”lə heç-heçə etmək dünyanın sonu deyil. Onlar hər oyunu qazanmalı olduqlarını deyirlər. Amma bu, doğru deyil. Futbol belə işləmir. Premyer Liqa fərqli işləyir.

Müəyyən bir gündə həqiqətən yaxşı oynayan komandalar olacaq. Mübarizə aparmadan təslim olacaq komandalar da olacaq, amma “Arsenal”a qarşı əsl mübarizə təklif edəcək komandalar da olacaq. Əgər bu komandalar şanslarını dəyərləndirsələr, “Arsenal”dan xal ala bilərlər.

Seçilən
47
publika.az

1Mənbələr