Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Rekord məbləğə transfer olundu, "Qalatasaray"a keçdi
“Qalatasaray”ın heyətinə yeni oyunçu cəlb edib.
QOL.az xəbər verir ki, İstanbul klubu “Jirona”dan Yaser Asprillanı icarəyə götürüb.
Kolumbiyalı vinger artıq İstanbuldadır. Bu gün onunla müqavilə imzalanacağı gözlənilir. Asprilla "Qalatasaray"da mövsümün sonuna kimi icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, "Jirona" Yaseri 2024-cü ilin avqustunda "Uotford"dan 25 milyon avroya transfer edib. Bu isə klub tarixinin transfer rekordudur. La Liqa təmsilçisi ilə 2030-cu ilə qədər müqaviləsi olan futbolçu bu mövsüm 17 oyuna 1 qol vurub, 1 qol ötürməsi edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.