Azərbaycan Premyer Liqasının XVII turunda “Sumqayıt” doğma meydanda “Turan Tovuz”u qəbul edəcək.
İdmanxeber.az-ın məlumatına görə, iki komanda da oyuna itkilərlə çıxacaq. Ev sahibində zədəli futbolçu yoxdu. Rüstəm Əhmədzadə, Nikola Ninkoviç və baş məşqçi Saşa İliç cəzalıdır.
Tovuz təmsilçisində isə cəmi bir itki var – Fərid Yusifli. O, zədə səbəbindən meydana çıxa bilməyəcək.
“Sumqayıt” – “Turan Tovuz” matçı bu gün saat 18:30-da start götürəcək.