AZ

"Qarabağ"la oyunöncəsi "Liverpul"dan antirekord

“Liverpul” İngiltərə Premyer Liqasının XXIII turunda “Bornmut”a səfərdə 2:3 hesabı ilə uduzub.

Azreform.info xəbər verir ki, bununla da Mersisayd təmsilçisi cari mövsümdə artıq üçüncü dəfə (daha əvvəl “Kristal Pelas” və “Çelsi” ilə oyunlarda) əlavə vaxtda buraxılan qolla məğlub olub. Bu, klubun ölkə çempionatı tarixində bir mövsümdə son dəqiqə qolları ilə qeydə alınan ən pis göstərici hesab olunur.

“Bornmut”la qarşılaşmadakı uğursuzluq həmçinin “Liverpul”un cari mövsüm bütün turnirlərdə aldığı 11-ci məğlubiyyətdir.

Qeyd edək ki, “Liverpul” növbəti oyununu UEFA Çempionlar Liqasının VIII turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcək. Görüş yanvarın 28-də “Enfild”də baş tutacaq.(Teleqraf)

Seçilən
86
2
azreform.info

2Mənbələr