AZ

Osimhen İkardinin rekordunu qırdı

“Qalatasaray”ın futbolçusu Viktor Osimhen Türkiyə klubunun heyətində bütün turnirlərdə vurduğu qolların sayını 50-yə çatdırıb.

"Ölkə.az" xəbər verir ki, nigeriyalı hücumçu yubiley qoluna Türkiyə Superliqasının XIX turunda səfərdə “Fatih Karagümrük”ə 3:1 hesabı ilə qalib gəldikləri oyunda imza atıb.

Bu nəticə ilə Osimhen 2001-ci ildən bəri “sarı-qırmızılar”ın heyətində 50 qol həddinə ən tez çatan futbolçu olaraq Mauro İkardinin rekordunu qırıb. Belə ki, İkardi bu göstəriciyə 68 oyuna nail olduğu halda, Osimhen cəmi 59-cu matçında 50-ci qolunu vurmağı bacarıb.

Qeyd edək ki, Viktor Osimhen 2024-cü ilin sentyabrından “Qalatasaray”da çıxış edir.

Seçilən
47
4
olke.az

5Mənbələr