AZ

"The Times": Trampın neft siyasəti və "Sülh Şurası" Rusiyanı küncə sıxışdırır

BAKI, 25 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın siyasəti Rusiya üçün həm diplomatik, həm də iqtisadi baxımdan ciddi çətinliklər yaradır.

Teleqraf "The Times" nəşrinə istinadən xəbər verir ki, BƏƏ-də keçirilən üçtərəfli danışıqlarda Moskva gözlədiyi nəticəni əldə edə bilməyib.

Rusiya xarici siyasətindəki mənbə nəşrə bildirib: "Biz ərazi güzəştləri gözləyirdik, lakin sonda amerikalıların şərtləri ilə razılaşmalı olduq".

"Sülh Şurası" tələsi Məlumata görə, Trampın Vladimir Putini yeni yaradılan "Sülh Şurası"na dəvət etməsi Moskvada "tələ" kimi qiymətləndirilir. Kreml ehtiyatlanır ki, bu format Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı imtiyazlı statusunu itirməsinə və ABŞ-dən asılılığının artmasına səbəb ola bilər.

Neft gəlirlərinə zərbə Nəşr vurğulayır ki, Trampın neft qiymətlərini aşağı salmaq istəyi Rusiyaya sanksiyalardan daha ağır zərbə vurur. Neftin ucuzlaşması Kremlin Ukraynadakı müharibəni maliyyələşdirmək imkanlarını kəskin məhdudlaşdırır.

Seçilən
107
3
teleqraf.com

4Mənbələr