“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.
Bizim.Media xəbər verir ki, Tovuz klubu Coş Cinnellini heyətinə qatıb.
“Aston Villa”nın yetirməsi olan ingiltərəli futbolçu ilə 1,5 + 1 illik müqavilə bağlanıb.
Son olaraq İngiltərə Çempionşipində mübarizə aparan “Suonsi”nin formasını geyinmiş 28 yaşlı hücumçu, karyerası ərzində vətənində “Şrusberi”, “Bernli”, “Altrinhem”, “Linkoln”, “Tranmer”, “Uolsol”, “Preston”, “Bristol Rovers”, Şotlandiyada isə “Harts”ın şərəfini qoruyub.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta