AZ

Əbu-Dabidə yeni görüş olacaq – Tarix AÇIQLANDI

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff gələn həftə Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların yeni mərhələsinin keçirilməsi planlarını təsdiqləyib.

NOCOMMENT.az xəbər verir ki, o, “X”də bununla bağlı paylaşım edib:

“Cümə və şənbə günləri ABŞ Ukrayna və Rusiya ilə üçtərəfli görüş keçirib və görüş BƏƏ tərəfindən nəzakətlə təşkil olunub. Danışıqlar çox konstruktiv keçib və müzakirələrin gələn həftə Əbu-Dabidə davam etdirilməsi planlaşdırılıb”.

Uitkoff əlavə edib ki, Tramp administrasiyası münaqişəyə “son qoymaq niyyətindədir”.

Seçilən
18
nocomment.az

1Mənbələr