AZ

Çexiya Ukraynaya "L-159" təyyarələrini satmayacaq -Baş nazir

Çexiyanın Baş naziri Andrey Babiş ölkəsinin Ukraynaya "L-159" yüngül döyüş təlim təyyarələri satmayacağını təsdiqləyib.

Redaktor.az xəbər verir ki,  bu barədə "Idnes" xəbər portalı bildirib.

"Ukraynaya L-159 satışı yoxdur və olmayacaq da. Məsələ bağlandı", - deyə baş nazir bildirib.

Bu, onun Çexiya Ordusunun Baş Qərargah rəisi general Karel Rjexkanın jurnalistlərə verdiyi açıqlamada Ukraynaya dörd "L-159" təyyarəsinin verilməsinin Çexiyanın təhlükəsizliyinə təsir etməyəcəyini söyləməsinə cavab olub.

Seçilən
113
5
redaktor.az

6Mənbələr