Litvanın Ukraynaya göstərdiyi hərbi yardımın ümumi həcmi 1 milyard avronu keçib.
Publika.az xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda bəyan edib.
Dövlət başçısının mətbuat xidməti onun sözlərindən sitat gətirib: "Litva Ukraynanın ən fəal müttəfiqlərindən biri olaraq qalır və ümumi hərbi yardımın məbləği 1 milyard avronu ötüb".
Prezident vurğulayıb ki, 2025-ci ildə bu dəstəyin həcmi ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) 0,28%-ni təşkil edib: "Bu göstərici bizim üzərimizə götürdüyümüz öhdəliklərdən daha yüksəkdir".