AZ

Pakistanda qar və leysan yağışları beş nəfərin ölümünə səbəb oldu

Bakı. Trend:

Pakistanın iki şimal vilayətində – Gilgit-Baltistan vəBəlucistanda qar və leysan yağışları nəticəsində beş nəfər həlakolub.

Trend xəbər verirki, bu barədə yerli “Dawn” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Gilgit-Baltistanda güclü qar yağışındansonra Diamerdəki müşahidə qülləsi evin üzərinə çökərək dörd nəfərinölümünə səbəb olub.

Bəlucistanda isə Job şəhərində leysan yağışı nəticəsində damınuçması bir uşağın həyatına son qoyub, iki nəfər xəsarət alıb.Bundan əlavə, altıdan çox insan buzlanma səbəbindən baş verənqəzalardan sonra xəstəxanaya yerləşdirilib.

Pakistan Meteorologiya Departamenti ölkənin bəzi bölgələrindəyağış və qaryağışının davam edəcəyini proqnozlaşdırır.

Seçilən
98
2
az.trend.az

6Mənbələr