ABŞ-ın birinci xanımı, dizayner və model Melaniya Tramp Ağ Evdə özü haqqında sənədli filmin qapalı nümayişini keçirib.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyinə birinci xanımın agenti Mark Bekman məlumar verib.
"Melaniya" filminin nümayişində modelin ailəsi, yaxın dostları və əri, ABŞ Prezidenti Donald Tramp iştirak edib. Film 30 yanvarda dünya miqyasında nümayiş olunacaq. Layihə dizaynerin həyat yoldaşının ikinci andiçmə mərasiminə qədər olan 20 günlük həyatını əks etdirəcək.
"Film ərinin ikinci prezidentlik müddətində olduqca tənha həyat tərzi sürən birinci xanımın pərdəarxası nadir bir mənzərəni təqdim edir. Treyler 2025-ci ilin yanvar ayında andiçmə günündə başlayır və orada o, ABŞ Kapitolisində keçirilən mərasimdə tünd göy rəngli geniş kənarlı papaq geyinmiş görünür", - deyə nəşr qeyd edib.