AZ

Misli Premyer Liqasında daha bir oyun keçirilib

Bakı, 25 yanvar, AZƏRTAC

Misli Premyer Liqasının XVII turunda daha bir oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, “Turan Tovuz” “Sumqayıt”la qarşılaşıb. Görüş Tovuz klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Turan Tovuz” 30 xalla üçüncü, “kimyaçılar” isə 27 xalla beşinci yerdədir.

Qeyd edək ki, turun daha reallaşan matçlarında “İmişli” “Araz-Naxçıvan”la (2:2), “Neftçi” isə “Zirə” (0:0) ilə bərabərə qalıb. “Qəbələ” “Şamaxı”nı (4:0), “Kəpəz” “Qarabağ”ı (2:0) üstələyib.

Seçilən
99
2
azertag.az

3Mənbələr