AZ

Türkiyə Superliqası: “Qaziantep” - “Konyaspor” oyununda qalib müəyyənləşmədi

Türkiyənin Superliqasının 19-cu turunda “Qaziantep” “Konyaspor”u qəbul edib.

İdman.Biz xəbər verir ki, qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Ev sahibləri hesabı 45+3-cü dəqiqədə Deian Soreskunun qolu ilə açıb. “Konyaspor”u məğlubiyyətdən xilas edən qol isə 88-ci dəqiqədə Blaz Kramer tərəfindən vurulub.

Bu nəticədən sonra qələbəsizlik seriyası altı oyuna çatan “Qaziantep”nin xalı 25-ə yüksəlib. Qələbə həsrəti doqquz oyuna çatan “Konyaspor” isə 19 xalla kifayətlənib.

Növbəti turda “Qaziantep” səfərdə “Gənclərbirliyi” ilə, “Konyaspor” isə “Beşiktaş”la üz-üzə gələcək.

İdman.Biz
Seçilən
35
1
idman.biz

2Mənbələr