AZ

"Bu duruma nəyə görə düşdüyümüzü bilmirəm" - "Sumqayıt"ın məşqçisi

"Sumqayıt" Misli premyer-liqasının 17-ci tur matçında "Turan Tovuz"a uduzdu.

"Football-plus.az" xəbər verir ki, "kimyaçılar"ın məşqçisi Veliçko Kaplanoviç oyunsonrası mətbuat konfrasnında jurnalistlərin suallarını cavabladı.

- İlk hissəni çox pis keçirdik. Standart vəziyyətlərlə bağlı problem oldu. "Turan Tovuz" da bundan istifadə edə bildi. Bir az da bəxtimiz gətirdi. Çünki standart vəziyyətlərdən sonra daha 2 qol buraxa bilərdik. İkinci hissədə daha yaxşı oynasaq da, hadisələrin axarını dəyişə bilmədik. Bu cür oyunlarda çox sadə qollar buraxdığımıza görə peşmanıq. Hətta birinci hissədə pis oynasaq da, Aleksandr Ramalinqomun şansı var idi, o da dirəkdən döndü. Belə komandalarla oyunda gərək hər iki hissədə yaxşı oynayasan ki, nəticə qazanasan. Rəqibi təbrik edirəm.

- Qışa qədər müdafiə və qapı xəttində problemlər olduğu görünürdü. İndi də vəziyyət eynidi...
- Biz artıq mərkəz müdafiəçisi gətirmişik. Problemi bilirik və bunu klub rəhbərliyi ilə müzakirə edirik. Qış fasiləsində çarə tapmaq asan deyil. Bilmirəm necə, amma bu işdə davam etməli və qat-qat daha yaxşı oyun göstərməliyik.

- Birinci hissədən sonra Saşa İliç hansı göstərişləri verdi?
- Birinci hissəni nəyə görə bu cür zəif oynadığımızı anlaya bilmirik. Hazırladığımız oyun ikinci hissədə gördüyünüz oyun olmalı idi. Sadəcə "Turan Tovuz"un hər dəfə standart vəziyyətlərdən yaratdıqlarına reaksiya verə bilmədik. Təcrübəli oyunçularımız var. Amma bu duruma nəyə görə düşdüyümüzü bilmirəm. Qış fasiləsindən sonra uyğunlaşmaq üçün vaxt lazım gələ bilər. Sadəcə autlardan qapımızda problem yaşayırdıq.

- Aleksa Yankoviç sonradan oyuna daxil oldu və matça yaxşı qoşuldu. Start heyətində meydana buraxmadığınıza görə peşmansınız?
- Əslində, o, bizim üçün vacib oyunçudu. Sadəcə 7 gün idi, məşq etmirdi. Səbuhi Abdullazadənin də sağlıq durumu yaxşı deyil. Rüstəmin də yoxluğunu qeyd etmək lazımdı. “Turan Tovuz”a qarşı itkilərlə çıxmaq problem yaradır. Onlar ikili mübarizədə çox güclüdü.

Seçilən
30
5
football-plus.az

6Mənbələr